Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
U.A.
www.oxu.az