2025-ci ilin 10 ayı ərzində Azərbaycanda ümumi sığorta yığımları 1 milyard 255 milyon 973 min manat həcmində olub.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772 milyon 602 min manat təşkil edib.
Qeyd edək ki, ötən ilin 12 ayı ərzində ümumi sığorta yığımlarının həcmi 1 milyard 353 milyon 185 min manat, sığorta ödənişlərinin həcmi isə 752 milyon 712 min manat olmuşdu.