2025-ci ilin yanvar-noyabr aylarında icmal büdcənin gəlirləri 43 milyard 855.2 milyon manat təşkil edib və xərclər 36 milyard 784.3 milyon manat olub. Beləliklə, icmal büdcənin profisiti 7 milyard 70.9 milyon manat təşkil edib.
Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər ki, hesabat dövründə dövlət büdcəsi 4 milyard 210.9 milyon manatlıq profisitlə icra olunub.
Qeyd edək ki, dövlət büdcəsinin gəlirləri isə 35 milyard 625.6 milyon manat olub, xərcləri isə 31 milyard 414.7 milyon manat təşkil edib.
Elmidar Əliyev