Bakıda avtobuslarla şəhər turu təşkil edən “City Sightseeing” MMC fəaliyyətini dayandırıb.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, bununla bağlı mehmanxana və turizm şirkətləri məlumatlandırılıb.
Aprelin 11-dən şəhər turunu “Baku City Tour” adlı yeni brend altında Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir.
“Qədim və Müasir Bakı” adlı marşrut əvvəlki “City Sightseeing” marşrutunu təkrar edir.