Fevralın 16-da Şabran rayonunun Mumlu kəndinə ilk dəfə təbii qaz verilib.
Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 45 abonenti olan Mumlu kəndinin ilk dəfə qazlaşdırılması zamanı birpilləli sistem əsasında 4280 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.