Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumu başa çatıb
Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda investisiya tərəfdaşlığının gücləndirilməsi, yeni birgə layihələrin gerçəkləşdirilməsi imkanları müzakirə olunub.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daşkənd şəhərində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı, avtomobil sənayesi, nəqliyyat-logistika, səhiyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.
Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
Vurğulanıb ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə təkan verəcək. Keçirilən birgə işgüzar tədbirlərin yeni layihə və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də bu sahədə təşəbbüslərin uğurla reallaşdırılması baxımından mühüm rolu qeyd olunub. İki ölkənin qarşılıqlı iqtisadi-ticarət münasibətləri də inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Özbəkistanla investisiya sahəsində işbirliyi isə çoxtərəfli xarakter daşıyır. 2024-2025-ci illər üçün iqtisadi-ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə dair birgə yol xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu kontekstdə 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin rolu xüsusi qeyd edilib. Hazırda şirkətin 15 birgə layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil apardığı diqqətə çatdırılıb. Sahibkarlar investisiya şirkətinin imkanlarından yararlanmağa dəvət edilib.
Bununla yanaşı, ölkələrimizin regional nəqliyyat və enerji təşəbbüsləri çərçivəsində uğurlu ortaq fəaliyyətindən bəhs edilib. "Yaşıl" enerjinin Mərkəzi Asiyadan Azərbaycan ərazisindən keçməklə Avropaya ixracının önəmi vurğulanıb.
Forumda Azərbaycanda investorlar üçün yaradılan əlverişli biznes və investisiya mühiti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təqdim etdiyi imkanlar haqqında məlumat verilib.
Tədbirdə, həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, "Businesstex" şirkətinin baş direktoru Nodir Pulatov, "Iticket Azerbaijan" şirkətinin baş direktoru Kamran Abasov, "Bazalt Uzbekistan" şirkətlər qrupunun kommersiya direktoru Temur Mamadaminov reallaşdırılan birgə layihələr və ölkələrimizin investisiya perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş direktoru Nazim Hacıyev qarşılıqlı sərmayə yatırımı imkanları, Özbəkistanın Azərbaycanda fəxri konsulu Kənan Cəlilov isə iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsinə dair çıxış ediblər.
Forumda Azərbaycan-Özbəkistan əlaqələrinə dair videoçarx nümayiş olunub.
Biznes forum çərçivəsində energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Şəhrisəbz və Beyləqan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlər mübadilə olunub.
Tədbir B2B formatında görüşlərlə davam etdirilib.
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, həmçinin iki ölkənin müvafiq qurumlarının nümayəndələri ofisdə yaradılan şəraitlə tanış olublar.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda "Azerbaijan Uzbek İnvestment" MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49%-dək paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki "Trilliant Tower 1" Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 mln. ABŞ dollarıdır. Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.
Daşkənddə #Azərbaycan - #Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışında iştirak etdik. Birgə sərmayəyə əsaslanan şirkətin fəaliyyəti qarşılıqlı #investisiya-lar sahəsində əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək. İlkin olaraq 15-dək layihənin maliyyələşdirilməsi ilə bağlı… pic.twitter.com/O1baMiBmzS
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 22, 2024
Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki "Uz Expo Centre"də İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsullarına və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan "İqtisadiyyatın əsas istiqamətləri - ümumi rifaha doğru addım" adlı sərgi təşkil olunub.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun rəhbərlik etdikləri Azərbaycan və Özbəkistan nümayəndə heyətləri sərgidə olublar.
Azərbaycanın zəngin memarlıq irsini əks etdirən dörd möhtəşəm qala ilə bəzədilmiş sərgi bir neçə tematik bloka ayrılıb. Sərgidə ölkəmizin iqtisadi nailiyyətlərinə dair göstəricilər, sənaye və kənd təsərrüfatı məhsulları, rəqəmsal inkişaf sahəsində görülən işlər, nəqliyyat-logistika, enerji, turizm sektorlarının imkanları, reallaşdırılan innovativ layihələr, COP29 tədbiri və Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinə dair videoçarxlar nümayiş etdirilir.
Burada ziyarətçilərə, həmçinin azad edilmiş ərazilərimizin bərpası prosesi ilə tanış olmaq imkanı yaradılıb, yeni yaşayış məskənlərinin inşası və infrastruktur quruculuğu üzrə layihələr təqdim olunur.
Sərgidə "Made in Azerbaijan" brendi altında istehsal olunan qida məhsulları, o cümlədən spirtli və spirtsiz içkilər, konservlər, kənd təsərrüfatı və qənnadı məhsulları, eləcə də tikinti materialları və digər məhsullar nümayiş olunur.
Sərgidə ənənəvi tekstil sahəsinə xüsusi yer ayrılıb. Burada Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə məxsus əl işləri yer alır, ziyarətçilərə ənənəvi xalçaçılıq sənəti haqqında məlumat verilir.
Sərgi avqustun 23-dək davam edəcək.
Azərbaycan Prezidentinin #Özbəkistan-a rəsmi səfəri çərçivəsində Daşkənddə təşkil edilən "İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım" adlı sərgidə ölkəmizin #iqtisadi potensialı, #sənaye və #kəndtəsərrüfatı məhsulları, #enerji, nəqliyyat-logistika, turizm… pic.twitter.com/1wLVQM94w7
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 22, 2024
Bu gün Daşkənddə baş tutan Özbəkistan-Azərbaycan biznes forumunda iki ölkə arasındakı birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib.
"Dövlət başçısının Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Özbəkistan - Azərbaycan biznes forumunda iştirak etdik. Həmkarım, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla iki ölkə arasında 2024-2025-ci illər üçün ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair "yol xəritəsi" çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda birgə fəaliyyətimizi müzakirə etdik. Forum əməkdaşlığımızın şaxələnməsi baxımından faydalı platformadır", - deyə nazir qeyd edib.
Dövlət başçısının Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə #Özbəkistan - #Azərbaycan #biznesforum-unda iştirak etdik. Həmkarım, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla iki ölkə arasında 2024-2025-ci illər üçün #ticarət-#iqtisadi və #investisiya… pic.twitter.com/KfkTceUUBk
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 22, 2024
Həmçinin nazir digər paylaşımında qeyd edib ki, forum çərçivəsində qarşılıqlı əlaqələrin qurulması ilə bağlı sənədlər imzalanıb:
"Özbəkistan - Azərbaycan biznes forumuda energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi oldu. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır".
#Özbəkistan - #Azərbaycan #biznesforumu-nda #energetika, təhsil, #logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı… pic.twitter.com/ZpIKFhhNsf
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 22, 2024
Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.
"Report" xəbər verir ki, tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.
Forum çərçivəsində "Made in Azerbaijan" sərgisi də təşkil olunacaq.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib
- Mikayıl Cabbarov İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı
- Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib