Noyabrın 18-də Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hərracda ortamüddətli dövlət istiqrazları təklif olunacaq.
İstiqrazların nominal dəyəri 100 manat, ümumi miqdarı isə 500 min ədəd olmaqla, məcmu nominal dəyər 50 milyon manat təşkil edir.
Kupon dərəcəsi 7.5%, tədavül müddəti isə 1080 gün olacaq.
Əsas məbləğin ödəniş tarixi 2028-ci il 7 oktyabr olaraq müəyyənləşdirilib.