Dünyanın 6 böyük bankı - "Barclays", "Credit Suisse", "Canadian Imperial Bank of Commerce", "HSBC", "MUFG" və "State Street" ani hesablaşmalar aparmaq və qiymətli kağızlarla əməliyyatları təmizlənmək üçün yeni valyutanın dövriyyəyə buraxılması istiqamətində müzakirələr aparırlar.
Oxu.Az Financial Times-a istinadən xəbər verir ki, ötən ilin avqustunda İsveçrə bankı "UBS" "ClearmaticsTechnologies" ilə birlikdə yeni kriptovalyuta olan "utility settlement coin" təsis etmişdilər. Sonradan bu layihəyə "BNY Mellon", "Deutsche Bank" və "Santander" də qoşuldu. Bankların kriptovalyutanı dövriyyəyə buraxmaqda əsas məqsədi maliyyə əməliyyatlarının səmərəliliyini artırmaq və sürətləndirmək idi.
Hazırda layihə ilə bağlı yeni mərhələyə keçid edilib. İştirakçılar yeni kriptovalyutanı qorumaq üçün əlavə tədbirlər üzərində çalışırlar. 2018-ci ilin sonuna qədər yeni kriptovalyutann dövriyyəyə buraxılması gözlənilir.
L.Ə.