Azərbaycanda təqaüdə çıxandan sonra da işləyənlər çoxdur. Onlar həm rəsmi, həm də qeyri-rəsmi əməkə bazarında işləyirlər. Bir tərəfdən insanların istirahətə çıxdıqdan sonra belə dövlətin həyatında iştirak etmələri yaxşıdır. Digər tərəfdən isə bu, pisdir, çünki insanlar istirahət etməlidirlər.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə Əhalinin əmək hüququnun müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyib.
“Məsələn, Avropada təqaüdçülər yaxşı təqaüd alırlar, bu onlara lazım olan heç bir şeydən imtina etməməyə imkan verir. Bir qayda olaraq onlar səyahət edirlər. Bu isə yaxşıdır, axı bu insanlar ömür boyu işləyiblər, indi isə dincələ bilərlər. Təəssüf ki, postsovet ölkələrində bu yoxdur. Uşaqlarının yardım etmədiyi ahıllar isə təqaüdlə dolanmaqda çətinlik çəkirlər. Bununla əlaqədar insanların yaxşı təqaüd almaları və əmək bazarını tərk etmələri yerinə düşərdi. Beləliklə də onlar təqaüdə gedərək, gənc kadrların əmək bazarına düşməsinə yardım edərdilər”, - ekspert deyib.
Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanda təqaüdü artırmaq mümkün deyil, çünki əmək bazarında qeyri-rəsmi sektor var.
“Üç işçidən yalnız biri qeydə alınıb, və yalnız o bir nəfər sosial sığorta fonduna köçürmələr edir, ona görə də yaxın zamanda təqaüdün artırılmasını gözləmək lazım deyil”.
Ekspert həmçinin təqaüdçülərin müxtəlif sahələrdə işlədiyini bildirib.
“Baxmayaraq ki, orada 65 yaş həddi var, orada yalnız 70 yaşına qədər illik müqavilə bağlayaraq çalışmaq mümkündür. Təqaüdçülər eləcə də müxtəlif müəssisə, və təşkilatlarda o cümlədən kommunal sahədə də işləyirlər”.
Dünyada müxtəlif təqaüd təminatı üsulları mövcuddur.
S.Məmmədovun fikrinə görə təqaüd təminatının alternativ üsullarını ənənə şəklinə salmaq lazımdır.
“Amma çətin ki, konkret nümunələrdən sonra belə Azərbaycan vətəndaşlarının alternativ təqaüd təminatı üsullarından istifadə edərlər. Bütün problem ondadır ki, azərbaycanlılar öz gələcək sosial təminatlarına sərmayə yatırmağı sevmirlər”.
Bundan başqa təqaüd təminatının əlavə üsulları üçün hüquqi baza yaratmaq lazımdır:
“Dövlətin, bankın və ya sığorta şirkətinin təaqüd təminatında iştirakının payını müəyyən etmək lazımdır. Alternativ təqaüd təminatına dair bütün bu məsələlər öz həllini tapmalıdır”, - ekspert deyib.
Korporativ təaqüd təminatına gəldikdə isə S.Məmmədov qeyd edib ki, işverən və işçi onu kollektiv razılaşma əsasında həyata keçirə bilərlər.
“Bu razılaşmada işverən və işçi sığorta yatırımının həcmini müəyyənləşdirə bilərlər. Amma bu məsələdə yığılma prosesinin necə tənzimlənəcəyi məsələsi öz həllini tapmayacaq. Sosial-sığorta yatırımları harada yığılacaq? Sığorta şirkətlərində və ya banklarda? Bu məsələlər hüquqi-normativ sənədlər əsasında tənzimlənməlidir”, - S.Məmmədov bildirib.