Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Enerji içkiləri və tütün məmulatları ilə bağlı - MÜHÜM QƏRAR
Artıq supermarketlərdə enerji içkilərinin qiyməti bir neçə gündür qalxsa da, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin qərarı yanvarın 10-dan bu məsələləri tənzimləyir.
Oxu.Az xəbər verir ki, qərara görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla əlaqədar alkoqolsuz enerji içkiləri üzrə aksiz vergilərinin məbləği aşağıdakı kimidir.
şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər | 1 litr üçün 3,0 manat |
meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər | 1 litr üçün 3,0 manat |
“Aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları” sütununda isə belə əlavələr edilib:
tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar | 1 ədəd üçün 1,0 manat |
tərkibində tütün olan siqarillalar | 1000 ədəd üçün 20,0 manat |
Bundan başqa, tütün məmulatları üzrə aksiz markaları 1000 ədəd üçün 28 manat təşkil edəcək. Elektron siqaretlər üçün mayenin 1 litri üzrə aksiz vergisinin məbləği isə 20 manat təşkil edəcək.
tərkibində tütün əvəzləyicisi olan siqarlar | 1 ədəd üçün 1,0 manat |
tərkibində tütün əvəzləyicisi olan siqarillalar | 1000 ədəd üçün 20,0 manat |
tərkibində tütün əvəzləyicisi olan siqaretlər | 1000 ədəd üçün 28,0 manat |
İlhamə Abdullayeva
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"