Fransanın “Total” şirkəti “Abşeron” yatağından 5 mlrd. kubmetr qazın çıxarılması ilə bağlı layihə hazırlayır.
İlin sonuna artıq işlətmə proqramı idarə heyətinə təqdim olunacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bu, yüksək səviyyəli layihədir:
“Burada “Abşeron” yatağından 5 mlrd. kub metr qazın çıxarılmasından və bazarlamasından söhbət gedir”.
R.Abdullayev əlavə edib ki, məsələ ilə bağlı dünən Bakıda keçirilən Fransa-Azərbaycan biznes forumunda SOCAR, “Total” və “Gas deFrance” arasında ətraflı müzakirə edilib.