İran Milli Qaz Şirkətinin baş direktoru Həmid Reza Araki İRNA agentliyinə bildirib ki, Pakistana İran qazının ixracı üçün nəzərdə tutulmuş qaz kəmərinin tamamlanmasından sonra, İran Çinə belə qaz ixrac edə bilər.
Oxu.Az iran.ru-ya istinadən xəbər verir ki, Araki xatırladıb ki, İranda qaz hasilatının gün ərzində 1 milyard kub metrə qədər artması ilə ixrac tədarükünün artırılması imkanı da artacaq.
Araki bildirib ki, İran hazırda Pakistana qaz ixrac etmək imkanına malikdir, amma İslamabad hələ də öz ərazisində qaz kəmərinin inşasını heç cür başa çatdıra bilmir.
“Hindistan da İran qazının idxalında maraqlıdır. Amma o, qazın ölkəyə Pakistan ərazisindən istifadə edilməklə çatdırılmasında maraqlı deyil”, - deyə baş direktor deyib.
O, bir daha xatırladıb ki, Pakistan ərazisində inşa edilən qaz kəmərinin tamamlanması halında, İran öz qazını Çinə ixrac edə biləcək, yəni bu ölkənin cənubi hissəsi İran qazı ilə təmin olunacaq.
Ülviyyə R. Əli
www.oxu.az