Dünya bazarında neftin qiyməti İranın neft nazirinin bəyanatından sonra sürətlə bahalaşmağa başlayıb.
Oxu.Az xəbər verir ki, nazir Bijan Namdar Zanqane ölkəsinin qara qızılın qiymətinin bahalaşması üçün istənilən təşəbbüsü dəstəkləyəcəyini bildirib.
Saat 19.41-ə olan məlumata görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 5,50% artaraq bir barelə 33,94 dollar olub.
WTI neftinin mart fyuçerslərinin qiyməti isə 4,92% qalxaraq bir barelə görə 30,47 dollara çatıb.
Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını 11 yanvara olan səviyyədə dondurmaq barədə razılıq əldə ediblər.
Sonradan bu razılığa Ekvador, Əlcəzair, Nigeriya və Omanın da qoşulduğu bildirilir.