İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı Bakının Nərimanov, Qaradağ, Yasamal, Sabunçu, Abşeron rayonlarında, eləcə də Sumqayıt, Şabran, Qəbələ, Qusar, Xaçmaz, Şirvan, İsmayıllı, Ağdaş, Salyanda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, 200 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Gülnarə Zeynalova
www.oxu.az