İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlər keçirib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Binəqədi, Xətai, Xəzər rayonlarında, Gəncə, Sumqayıt, Qusar, Qax, Ağcabədi, Saatlı, Xaçmaz, Şəki, Ağdam, Füzuli şəhərlərində aparılmış monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən 140 kiloqramdan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunub.
Gülnarə Zeynalova
www.oxu.az