Bu ilin I yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində qanunvericiliyə müvafiq olaraq protokollar tərtib edilib.
Bu barədə Maliyyə Nazirliyindən Oxu.Az-a bildirilib.
İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 407 vəzifəli şəxsə 251,8 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Ümumilikdə nazirlik I yarımillikdə 1,4 milyon manatın büdcəyə ödənilməsini təmin edib.
U.A.
www.oxu.az