2026-cı ilin yanvarın 1-nə olan vəziyyətdə Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 514.9 milyon dollar təşkil edib.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin dekabrın 1-i ilə müqayisədə 81.1 milyon dollar və ya 0.7% çoxdur.
Son 1 il ərzində isə AMB-nin valyuta ehtiyatları 555.4 milyon dollar və ya 5.1% artıb.
Elmidar Əliyev