Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Metyu Brayza: “Azərbaycan enerjinin istehsalında və Avropaya nəqlində böyük rol oynayır”
“Azərbaycan enerjinin istehsalında və Avropaya nəqlində böyük rol oynayır”.
Bunu Oxu.Az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Metyu Brayza deyib.
Hazırda qaz tədarükünün həcminin 10 milyard kubmetrdən çox olduğunu xatırladan diplomat gələcəkdə bu rəqəmin iki dəfə artacağını, yəni 20 milyard kubmetrə çatacağını qeyd edib.
“Bu, böyük həcm deyil, lakin kiçik və çox vacib hissə, məsələn, Cənub-Şərqi Avropa üçün kifayətdir”, - M.Brayza əlavə edib.
ABŞ-nin keçmiş səfiri vurğulayıb ki, Azərbaycan təkcə Böyük Xəzər Regionunda (BXR) deyil, bütün dünyada mühüm logistika mərkəzinə çevrilmək üçün limanlara və dəmir yollarına investisiya qoymalıdır.
“Ölkənizdə ABŞ diplomatik missiyasının rəhbəri olduğum müddətdə Azərbaycandan Xəzər dənizi vasitəsilə Əfqanıstana gedən dəhliz bütün tikinti materiallarının və digər qeyri-hərbi ləvazimatların üçdəbirini ABŞ qoşunlarına çatdırmaq üçün istifadə olunurdu. Bu, sizin potensialınızdır.
Digər əsas məqam bütün BXR-in inkişafıdır. O, qlobal ticarət platformasına çevrilməlidir və Şərqlə Qərb arasında sadəcə bir dəhliz olaraq qalmamalıdır. Region bunda maraqlıdır. Məsələ elə qoyulmalıdır ki, iqtisadi məna kəsb etsin”, - o əlavə edib.
Rufina Abdullayeva
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Əfqanıstanın din xadimləri qızların təhsilə cəlb olunması ilə bağlı çağırış ediblər
- Əfqanıstanda qadınlara görə evlərin quruluşu dəyişdirilir
- Pakistandan Əfqanıstana hava hücumu: Çoxlu sayda ölən var
- ABŞ-nin Əfqanıstandakı əsas uğursuzluğunun səbəbi məlum oldu
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi