Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mikayıl Cabbarov: "Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi sisteminin önəmli rolu var"
"Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi sisteminin önəmli rolu var. Bu sahədə indiyə qədər keçdiyimiz yol - aparılan islahatlar, əldə edilən nəticələr yalnız iqtisadiyyatımızın deyil, ümumilikdə cəmiyyətimizin tərəqqisi baxımından böyük əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var:
"Bu platformadan onlara təşəkkür edirik. Sahibkarlarımız fəal təşəbbüslər göstərir, dövlətin dəstəyi fonunda fəaliyyətlərini korporativ sosial məsuliyyətə uyğun qurmağa çalışırlar.
Vergi sisteminin 25 illiyi həm də ölkəmizin inkişafı üçün əlamətdar yubileylərlə eyni ildə qeyd edilir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik üçün ən mühüm xidmətlərindən olan Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun misilsiz şücaəti ilə torpaqlarımızın işğaldan azad edilməsinin 5 illiyini nəzərdə tuturam".

Daha çox foto burada: PhotoStock.Az
Məhərrəm Əliyev
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Con Ardillə görüşüb
- Nazir: "Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb"
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
- SOCAR və "Union Energy" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
- Azərbaycan və İsrail investisiya əməkdaşlığının prioritetlərini müzakirə ediblər