Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib
"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində "Liderlər dairəsi: Enerji keçidinin maliyyələşdirilməsi - yeni üfüq" sessiyasında iştirak etdik".
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında məlumat verib:
"Uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi barədə müzakirələr apardıq.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş olaraq fəal təşəbbüsləri, ədalətli yanaşma və yaşıl enerji keçidi strategiyası, həmçinin ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr barədə fikirlərimizi bölüşdük".
Prezident İlham Əliyevin (@azpresident) Davos İqtisadi Forumunda (@wef) iştirakı çərçivəsində "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak etdik. Uğurlu #enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin… pic.twitter.com/prbJswybXA
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 21, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb
- Nazir: "Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmi artıb"
- DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb
- Mikayıl Cabbarov Sunniya Durrani-Camal ilə görüşüb
- Mikayıl Cabbarov vergi orqanlarının əməkdaşları ilə görüşüb