Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazir müavini: "Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri mövzuları əksini tapacaq"
"Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri ilə bağlı mövzular əksini tapacaq".
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında deyib.
Onun sözlərinə görə, bütün dövlətlər, o cümlədən Azərbaycan iqlim problemlərinin fəsadlarının qarşısını almağa çalışmalı, bu istiqamətdə müvafiq qərarlar qəbul etməlidir: "2030-cu ilədək temperaturun artımı 1.5 faizdən yüksək olmamalıdır".
Nazir müavini bildirib ki, iqlim dəyişmələrinin nəticələri ilə mübarizədə təhsil çox vacib elementdir:
"Çünki insanları, xüsusilə gəncləri, uşaqları maarifləndirmənin ən yaxşı metodu təhsildir. Orta və ali təhsil müəssisələrində bununla bağlı addımlar atılmalıdır. 2024/2025-ci tədris ilində ali məktəbə qəbul olanların sayı ilə bərabər, iqlim dəyişiklikləri üzrə ixtisasların sayı və onlara maraq da artıb. Təhsil proqramlarında bu istiqamətdə dəyişikliklər olacaq. Biz gənclərlə bağlı "Yaşıl bacarıqlar"ın öyrədilməsi üçün strategiya müəyyənləşdirməliyik, eləcə də, təhsil və elmi müəssisələrin ciddi fəallığı olmalıdır".
"Bakı İqlim Fəaliyyəti Həftəsi" teqi üzrə xəbərlər
- Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb
- SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır
- 160-a yaxın elektriklə çalışan avtobus alınıb - Yaxın günlərdə ölkəyə gətiriləcək
- Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb
- Azərbaycanda yaşıl binaların inkişaf konsepsiyasına dair Yol Xəritəsi hazırlanacaq