Aprelin 23-24-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Niderlanda səfər edəcək.
Bu barədə Oxu.Az-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Maastrixt şəhərinə səfər çərçivəsində Niderland-Azərbaycan biznes forumu keçiriləcək. Forum Azərbaycan və Hollandiyanın iş adamları arasında biznes əlaqələrin genişləndirilməsi məqsədi ilə təşkil olunur”- deyə, AZPROMO-nun məlumatında bildirilir.