“Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciə ilə əlaqədar İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutilo, İndoneziyanın Bakıdakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyinin birinci müşaviri Fabienne Drout-Lozinski başsağlığı verib.
Başsağlığı verənlər arasında iri neft maqnatları da var.
Belə ki, BP şirkətinin prezidenti Robert Dadli, “Rosneft” şirkətinin prezidenti İqor Seçin, “Qazprom” İdarə Heyətinin sədri Aleksey Miller, Belçikanın Fluxys şirkətinin baş direktoru Valter Peeraer,GDF SUEZ E&P International SA-nın birinci vitse-pezidenti Jean-Claude Perdigues, “Tekfen İnşaat”-ın İdarə Heyətinin prezidenti Levent Kafqaslı, Azərsun Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal, Total-Abşeron şirkətinin Baş meneceri Denis Lemarchal, “Statoil Apsheron” AS-nin meneceri Karsten Stoltenberg, Ernst & Young şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Əliyev, Almaniyanın AM Engineering & Management GmbH şirkətinin baş direktoru Elçin Əliyev, Avropa İttifaqının Bakıdakı keçmiş səfiri Roland Kobia, Fransanın Azərbaycandakı keçmiş səfiri Pascal Meunier, Bakı Fransız Liseyinin direktoru Filip Siro, görkəmli İtaliya arxitektoru Laura Peretti, “Azneftkimyamaş” ASC Bakıneftqazmədən avadanlıqları zavodu TASC-nin sədri İ.A.Feyziyev SOCAR-a başsağlığı teleqramları göndərərək, Azərbaycan xalqının kədərini bölüşdüklərini, xəsarət alanların tezliklə sağalmalarını arzuladıqlarını və hər cür yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Ülviyyə R. Əli
www.oxu.az