Bu gün “Neftqaztikinti” Trestinin yeni inzibati binasının açılışı olub.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
“Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev yeni inzibati binada yaradılan şəraitdən, görülən işlərdən razı qaldığını söyləyib. Eyni zamanda Rövnəq Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib” - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilib. “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunan yeni inzibati bina pilləvari olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir.