Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,10 dollar və ya 0,20% geriləyərək 50,86 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar, yaxud 0,17% azalaraq 48,16 dollar təşkil edib.
S.B.
www.oxu.az