“Qaradağ” yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə 486 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR-ın məlumatına görə, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3100 metrdir. 486 nömrəli quyuya sutkalıq 100 000 kubmetr qaz vurulacağı nəzərdə tutulur.