“Qazprom”un bir sıra törəmə şirkətlərinin ABŞ-ın sansion siyahısına salınması onların fəaliyyətində məhdudiyyətlər yaratmır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
“2016-cı ilin sentyabr ayının 1-də “Qazprom”un bir sıra törəmə şirkətlərinin ABŞ-ın sahəvi sanksion obyektlər siyahısına salınması onların fəaliyyətində heç bir məhdudiyyət yaratmır. Əvvəl olduğu kimi sanksiyalar dərinözüllü və arktik şelfdə neft hasilatı layihələrinin həyata keçirilməsi ilə bağlı tətbiq edilir”, - məlumatda deyilir.
Sentyabrın 1-də ABŞ-ın Maliyyə nazirliyinin xarici aktivlərə nəzarət şöbəsi Rusiyanın “Qazprom”, “Qazprombank” sturkuturlarının törəmə şirkətlərinə, digər təşkilatlara və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib.
N.O.