Türkiyənin Van əyalətində terror əleyhinə əməliyyat nəticəsində ölkənin Silahlı Qüvvələrinin səkkiz hərbçisi ölüb, daha səkkiz hərbçi isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə sentyabrın 3-də Anadolu agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Tandürək dağlarında əməliyyat zamanı PKK terror təşkilatının 11 yaraqlısı zərərsizləşdirib.
Terror əleyhinə əməliyyat HHQ dəstəyi ilə davam edir.
N.O.