Qətərlə Səudiyyə Ərəbistanı və digər üç ərəb ölkəsi arasında diplomatik böhran neftin qiymətinin yüksəlməsinə səbəb olub.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, yaranmış gərginlik neft təchizatının azaldılması istiqamətində OPEC-in qərarına risk yaratmır.
Analitiklər bildirir ki, bu, OPEC üzvləri arasındakı ilk siyasi gərginlik deyil və son da olmayacaq: “OPEC-in 57 illik tarixində üzvlər arasında siyasi mübarizələr, hətta müharibələr baş verib. Buna rəğmən, ortaq iqtisadi maraqlar, neft istehsalı siyasəti ilə bağlı qərarlar dəyişməyib”.
L.Ə.