Prezident İlham Əliyevin 2014-cü il 7 avqust tarixli Sərəncamına uyğun olaraq Ağdam rayonu ərazisində Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi davam etdirilir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətindən bildirilənə görə, yolun uzunluğu 14 kilometr, eni 6,2 metr, asfalt örtüyünün qalınlığı 12 santimetrdir. Artıq yol yatağı işlənib hazırlanıb, 8,5 kilometr asfalt örtüyü salınıb. İşlərin bu ayın sonunadək başa çatdırılması nəzərdə tutulur.
Avtomobil yolunun yenidən qurulması ilə rayonun 10 yaşayış məntəqəsi və 4 köçkün qəsəbəsində yaşayan 21 min nəfər sakinin qonşu kəndlərə və Quzanlı qəsəbəsinə rahat gediş-gəlişi təmin ediləcəkdir.