Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ramazan Karaşahin: "ASAN ticarət" modeli yaradılacaq"
"Türk Dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün Azərbaycanın "ASAN Xidmət" modelinin əsasında "ASAN ticarət" modeli yaradılacaq".
Oxu.Az xəbər verir ki, bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Türk Ticarəti Mərkəzi həmtəsisçisi Ramazan Karaşahin deyib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən Türk Ticarət Mərkəzində yaradılması nəzərdə tutulur:
"Bu istiqamətdə addımlar atacağıq. Biz iş adamlarına bütün istiqamətlərdə dəstək göstərməyə hazırıq".
Xatırladaq ki, Türk Ticarət Sərgisi bu il noyabrın 7-9-da Türkiyənin Ticarət Nazirliyinin himayəsi altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palataları Birliyi ilə əməkdaşlığı çərçivəsində İstanbul Sərgi Mərkəzində keçiriləcək. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək, bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyır, dövlət səviyyəsində dəstəklənir. Sərgi çərçivəsində B2B görüşləri, konfranslar keçiriləcək.

Məhərrəm Əliyev
"ASAN xidmət" teqi üzrə xəbərlər
- 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb
- Kamran Əliyev: "Korrupsiya təkcə qanunun pozulması deyil, gələcək nəsillərin ümidlərinə zərbədir"
- "Birbank Biznes" Qəbələdə sahibkarlarla bir araya gəldi
- Azərbaycan Kubokunun qalibinə YENİ hazırlanmış kubok və medallar təqdim olunacaq
- Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək