Rusiya Mərkəzi Bank (RMB) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 100 baza bəndi azaldaraq 20% həddində saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur.
Vurğulanır ki, RMB 2022-ci ildən bəri ilk dəfə əsas uçot dərəcəsini 20%-ə endirib.
"Rusiya iqtisadiyyatında inflyasiya təzyiqi, o cümlədən onun stabil hissəsi zəifləməkdə davam edir. Daxili tələb hələ də təklifi üstələsə də, iqtisadiyyat tədricən balanslaşdırılmış artım trayektoriyasına qayıdır. Rusiya Bankı 2026-cı ilə qədər inflyasiya hədəfinin 4%-ə çatmasını təmin edəcək pul siyasətinin sərtliyi səviyyəsini saxlamaq niyyətindədir", - deyə məlumatda qeyd olunur.