Rusiya Statistika Komitəsi avqust ayında ölkədə rekord səviyyədə deflyasiya qeydə alıb.
Oxu.Az xəbər verir ki, ötən ay ölkədə deflyasiya 0,5% təşkil edib. Bundan əvvəl ən böyük deflyasiya 2003-cü ilin avqustunda qeydə alınıb - 0,41%.
Qeyd edək ki, avqustda illik inflyasiya 3,3 faiz təşkil edib. Hansı ki, iyulda bu rəqəm 3,9 faiz olub. 8 ayda istehlak məhsullarının qiyməti 1,8 faiz artıb.
L.Ə.