Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"S&P": 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 75 milyard dollara çatacaq
Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 74,98 milyard ABŞ dolları (127,466 milyard manat) təşkil edəcək və gələn il 77,86 milyard ABŞ dollarına (132,362 milyard manat) qədər artacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "S&P Global" beynəlxalq reytinq agentliyinin məlumatına görə, 2025-26-cı illərdə ölkədə ÜDM-in real artımı 2% səviyyəsində proqnozlaşdırılır.
Agentlik hesab edir ki, əhalinin hər nəfərinə düşən ÜDM 2025-ci ildə 7 277 ABŞ dollarına çatacaq, 2026-cı ildə isə 7 511 ABŞ dollarına yüksələcək.
İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə iqtisadi artımı 3,5%, Mərkəzi Bank isə 3,3% səviyyəsində proqnozlaşdırır.
"Moody"s" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4% təşkil edəcək. "Fitch Ratings" ölkə üzrə ÜDM-in 2025-ci ildə 3%, 2026-cı ildə isə 2,4% artacağını proqnozlaşdırır. Niderlandın ING bankı bu il Azərbaycanda iqtisadi artımı 2,6%, gələn il isə 2,8% səviyyəsində gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1% artıb, nominal ÜDM 126,337 milyard manat (74,315 milyard ABŞ dolları) təşkil edib.
"Ümumdaxili Məhsul (ÜDM)" teqi üzrə xəbərlər
- Rusiya Estoniyanı işğal etsə, NATO nə edəcək?
- İqtisadi artım azalıb, xarici ticarətsə artıb: Nəyin üzərində köklənməliyik?
- "Fitch": "2025-26-cı illərdə Azərbaycanda ÜDM-in ortaillik artımı 2.7% təşkil edəcək"
- "Fitch": "Azərbaycanın xarici kreditor kimi mövqeyi güclənir"
- "Fitch" Azərbaycanın reytinqini investisiya səviyyəsində təsdiqləyib