Sabah saat 09:00-dan 18:00-dək aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun bir hissəsinə, saat 10:00-dan işlər başa çatanadək isə Xəzər rayonunun bir hissəsinə və Səbail rayonunun Bayıl qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Qeyd edək ki, təmir işləri yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədardır.
www.oxu.az