Yanvarın 7-də Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında təmir işləri ilə əlaqədar məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Təmir işlərinin saat 10:00-dan 18:00-dək aparılması nəzərdə tutulur.
Xatırladaq ki, aparılan işlərin Lerik və Yardımlı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.