Aprelin 1-də saat 10:00-dan 18:00-dək Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.
Qurumdan verilən məlumata görə, təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Ülviyyə R. Əli
www.oxu.az