Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sahil Babayev: "Biz bazara mümkün qədər yeni "yaşıl ixtisaslı" işçi qüvvəsini gətirməyə çalışırıq"
"Ənənəvi təhsil sisteminə əlavə olaraq, məktəblər, kolleclər, universitetlər, peşə təhsili mərkəzlərimiz vasitəsilə biz ildə 15 000-ə yaxın insanı ayrıca işlə təmin edirik".
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
O qeyd edib ki, nazirlik peşə təhsili mərkəzlərində onlara yeni bacarıqlar qazandırmağa çalışmaqla "yaşıl iş" və "yaşıl bacarıqlar" üçün yeni standartları və yeni karyera proqramlarını təmin edir.
"Biz bazara mümkün qədər yeni "yaşıl ixtisaslı" işçi qüvvəsini gətirməyə çalışırıq. İki il ərzində 1 600-dən çox kurs təşkil etdik. Və burada təkcə dövlət qurumları ilə deyil, həm də özəl qurumlarla işləmək lazımdır", - nazir əlavə edib.
Məhərrəm Əliyev
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"
- Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib
- Sabiq xanım deputata vəzifə verildi