Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
SOCAR: Gürcüstan vətəndaşlarının borcları ilə bağlı məlumat şaiyədir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkələrdə şirkətin Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Oxu.Az-ın xəbərinə görə, SOCAR-ın “Facebook” səhifəsində bildirilib ki, dünəndən sosial şəbəkələrdə SOCAR-ın Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan şayiə təxribat və yalandan başqa bir şey deyil.
“Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla Azərbaycan üçün gəlir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən ildə SOCAR-ın ümumi gəlirlərinin 90%-dan çoxunu təşkil edib”, - deyə məlumatda deyilir.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?