Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır
Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (105.7 milyon ABŞ dolları) məxsus olub.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın aprel sayında bildirilib.
Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57% payla təmsil olunduğu "SOCAR Polymer" MMC (59 milyon ABŞ dolları), "AzerGold" QSC (42.7 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (39.7 milyon ABŞ dolları), ilk dəfə SOCAR-ın Qaz İxrac İdarəsi (23.7 milyon ABŞ dolları), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (9.6 milyon ABŞ dolları), "Azərbaycan Hava Yolları" QSC (3.8 milyon ABŞ dolları), "Azərenerji" ASC (1 milyon ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (237.7 min ABŞ dolları) və "Qaradağ Şüşə Zavodu" ASC (59.8 min ABŞ dolları) qərarlaşıb.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- "SOCAR" İsveçrədə elektrikli yük avtomobilləri üçün ilk sürətli enerjidoldurma stansiyasını açdı
- İsrail "Tamar" layihəsinin 10%-nin SOCAR-a satılmasını təsdiqləyib
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ
- İraq SOCAR-ı ölkənin neft sektoruna sərmayə qoymağa dəvət edib