Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırıb.
Bu barədə “Azərsu” ASC-dən Oxu.Az-a bildirilib.
“Bununla əlaqədar bu gün gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə ASC-dən qeyd edilib.
“Azərsu” yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Ülviyyə R. Əli
www.oxu.az