Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyə bankları lirəni qorumaq üçün səkkiz milyard dollar satıb
Türkiyədə İstanbul şəhərinin meri Əkrəm İmamoğlunun saxlanması fonunda banklar 10%-dən çox ucuzlaşan lirənin dəyərini qoruyub saxlamaq üçün təxminən 8 milyard dollar satıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, lirə bazarına müdaxilə bir neçə bank vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, səhər saatlarında İstanbul Baş Prokurorluğu İmamoğlunun korrupsiya, rüşvətxorluq və rüşvətxorluqla məşğul olan təşkilatla bağlı iş üzrə həbs edildiyini açıqlayıb. Bu fonda dolların türk lirəsinə qarşı məzənnəsi ilk dəfə 41 lirənin üzərinə qalxaraq 10%-dən çox bahalaşıb.
Türk lirəsi ABŞ dolları qarşısında tarixin ən aşağı həddinə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
Beynəlxalq "Forex" bazarında ABŞ dollarının türk lirəsinə nisbətdə məzənnəsi (USD/TRY) martın 19-da satışın əvvəlində 11.99% bahalaşaraq, Bakı vaxtı ilə saat 11:40-a bir dollar üçün 41.1 lirəyə çatıb. Dolların məzənnəsi tarixdə ilk dəfə olaraq 41 lirəni keçib.
Həmçinin, Türkiyə şirkətlərinin səhmləri də ucuzlaşıb, 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə bu il ən yüksək həddə çatıb. "Borsa İstanbul 100" indeksi 6.9% azalaraq satışların dayanmasına səbəb olub.