Yardımlı rayonunun içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndlərinin - Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinin su təchizatının yaradılması layihəsinin birinci mərhələsinin icrası başa çatıb.
Bu barədə Oxu.Az-a Azərsu ASC-dən bildirilib.
Ümumilikdə layihənin icrası tam başa çatdıqdan sonra Yardımlı rayonunun 15 kəndində 2688 ailə təsərrüfatının və ya 12 min sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Bu məqsədlə yeni xətlərin və anbarların tikintisi layihələndirilib.
Qeyd edək ki, “Azərsu” ASC Füzuli, Tovuz, Zaqatala, Ağcabədi, Quba rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də layihələr icra edir və iyun ayında bu layihələrin bir çoxu yekunlaşacaq.
Ülviyyə R. Əli
www.oxu.az