Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Ülviyyə Cabbarova: "Sığorta sektorunun potensialı daha da artacaq"](https://images.oxu.az/2025/02/14/Nu0qEOCNXrg9hEZyHK0aHc50XpfgFSAPGAwZzbaB:1200.jpg)
Ülviyyə Cabbarova: "Sığorta sektorunun potensialı daha da artacaq"
"Maliyyə sistemi hər bir ölkənin iqtisadi dayanıqlılığında mühüm rol oynayır. Onun ayrılmaz hissələrindən biri də sığorta sektorudur".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan Sığortaçılar Assosiasiyası"nın (ASA) Müşahidə Şurasının (MŞ) sədri Ülviyyə Cabbarova bu gün Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda səsləndirib.
O bildirib ki, sığorta təkcə fərdlərin və bizneslərin risklərini idarə etmək üçün bir vasitə deyil, həm də ümumi iqtisadi sabitliyi qorumağa xidmət edir:
"Biz, sektor olaraq, maliyyə bazarının digər iştirakçıları - banklar, investisiya qurumları və texnologiya şirkətləri ilə daha sıx əməkdaşlıq etdikcə, sektorun potensialı daha da artacaq".
Ü.Cabbarova əlavə edib ki, son illərdə Azərbaycanın sığorta bazarı dinamik inkişaf edir və bunun real göstəricilərini görmək mümkündür:
"2024-cü ilin nəticələrinə əsasən, sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. Bu rəqəm sektorun maliyyə sistemindəki rolunun əhəmiyyətini göstərir".
Məhərrəm Əliyev