"Azərbaycanda sığorta bazarı son beş ildə davamlı inkişaf edib və 17%-dən çox artım qeydə alınıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə ölkənin sığorta bazarı əvvəlki illə müqayisədə 11% genişlənib. Bazarın böyüməsi fonunda sığorta ödənişlərinin həcmi də artıb.
O qeyd edib ki, nəticədə sığorta haqlarının ÜDM-də payı 2025-ci ildə 1,63%-ə yüksəlib:
"Son altı ildə ölkədə sığorta savadlılığının artırılması istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Növbəti illər üçün əsas hədəflər sırasında sığorta nüfuzetmə səviyyəsinin hazırkı göstəricidən 3-4 dəfə artırılması, sığorta xidmətlərinə çıxışın sadələşdirilməsi və mövcud müdafiə boşluqlarının aradan qaldırılması yer alır.
Hazırda Azərbaycanda sığorta bazarında 16 iştirakçı fəaliyyət göstərir".