Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Göygöldə qadının qulağı kəsilib? - DİN-dən AÇIQLAMA](https://images.oxu.az/2025/02/14/qrboQfCp3E1mQamzU3OjalRajuzlHzyScByQUlec:1200.jpg)
Göygöldə qadının qulağı kəsilib? - DİN-dən AÇIQLAMA
Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G.Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib.
Vurğulanıb ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir:
"Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib.
Münaqişə nəticəsində qulaq nahiyəsinə xəsarət yetirib.
Faktla bağlı əlavə məlumat veriləcək".
![](https://img.youtube.com/vi/IYl3n92STLY/sddefault.jpg)
Rəylər