Dekabrın 26-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının hərrac yolu ilə satışı keçiriləcək.
Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, hərraca çıxarılacaq əmlaklar arasında torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri yer alır:
- Beyləqan rayonu, Qəhrəmanlı kəndi: 8.641 ha torpaq sahəsi - 51 846 manat;
- Şirvan şəhəri: 45.5 kv.m qeyri-yaşayış sahəsi - 30 000 manat;
- Sabirabad rayonu, Məmişlər kəndi: 0.3386 ha torpaq sahəsi - 2500 manat;
- Sabirabad rayonu, Nəsimi kəndi: 0.12 ha torpaq sahəsi - 5000 manat;
- İmişli rayonu, Bəhramtəpə qəsəbəsi: "MSDIS Holding" MMC-yə məxsus 1.1583 ha torpaq sahəsi və 612 kv.m qeyri-yaşayış sahəsi - 58 000 manat;
- Gəncə şəhəri, "Dostluq" istehsal-kommersiya firması: 114.3 kv.m əmlak kompleksi - 80 000 manat;
- Sabirabad rayonu, Qaratəpə kəndi: 136 kv.m qeyri-yaşayış binası - 23 500 manat;
- Salyan rayonu, Qarabağlı kəndi: 1.54 ha torpaq sahəsi - 4 000 manat;
- Gəncə şəhəri, "Tek Yapı" MMC: əmlak kompleksi - 850 000 manat;
- Hacıqabul rayonu, Meyniman kəndi: 4.7825 ha torpaq sahəsi - 10 000 manat;
- Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi: 0.1 ha torpaq sahəsi - 25 000 manat;
- Sabirabad rayonu, Qaragüney kəndi: 2.35 ha torpaq sahəsi - 5 420 manat.