Rüşvətxorluqla mübarizə üzrə baş idarədə Lerik rayon sakini, öncədən məhkum olunmuş Əlican Səfərova qarşı cinayət işi açılıb. Səfərov Polymer-Trade LTD şirkəti adından hazırlanmış saxta məktublar hazırlayaraq 86 t (ton) polietilen satıb, bu şirkətin nümayəndəsi olduğunu təsdiqləyən saxta vəsiqənin köməyi ilə isə “Azərkimya” ST ilə müqavilə bağlayaraq müştərilərə 129 t polietilen sataraq 178 min manat pulu mənimsəyib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilənə görə, A.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 320.1 (saxta sənədlərin hazırlanması və istifadəsi) maddələri üzrə cinayət işi açılaraq nəzarət altına alınıb.
İstintaq davam edir.