Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında ölüm faktı qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, oğurluqda təqsirləndirilərək saxlanılan 1988-ci il təvəllüdlü Bayramov Samir İlyas oğlu təcridxanada özünü mələfə ilə asaraq intihar edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
A.M.