Mayın 25-i saat 15 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs döş qəfəsinin sağ tərəfində açıq yara diaqnozu ilə qəbul edilib.
Oxu.Az xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib.
Hazırda onun vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, insident rayonda yerləşən kafelərin birində qeydə alınıb.
Rayon sakini, 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.